Ünvanım dəyişib. Eminov.info
Avgust 24, 2009. Yazdı: asif eminov · 40 baxış · Şərh yaz
Hər kəsə salamlar. Bu saytı yeni ünvana keçirmişəm. Bundan sonra eminov.info saytına daxil olun. Yeni yazılar orada dərc olunur. Qısa vaxt ərzində bu sayt da həmin ünvana yönləndiriləcək.
Hörmətlə, asif eminov.
Yarımçıq əlyazma: İçmirsən! Çəkmirsən!
İyul 18, 2009. Yazdı: asif eminov · 82 baxış · Şərh yaz
(içmirsən, çəkmirsən)
-Ata, mənə 2 manat ver də…
Acıqlı çəkildə cavab gəlir: - Neynəyirsən?!
Sakitcə: -Kontur alacam…
Bu zaman içindəki hirs daha qabarıq büruzə olunur üzündə… -Yoxumdur!!! İçmirsən, çəkmirsən!!! Pulu neynəyirsən?! … Mənə bir həftə bəs edir kontur, sənə isə iki gün davam etmir! Vermirəm!
Bir neçə saniyə üzünə baxıram və otaqdan bayıra çıxıb, hər zamankı kimi kompüterin qabağında…
Əlavə: Nə bir dəfə məni balıq tutmağa apardın… Nə bir dəfə də olsa, hansısa nəaliyyətimə görə təbrik etdin… Nə bir dəfə də olsa, məsləhət verməyi bacardın, nə gördüyüm hansısa işə dəstək oldun və s.
Sən hətta anamın köynəyinə qurd yağı sürtən qardaşının uşaqlarını məndən çox sevdin…
Səni çox sevirəm, ata…
Y.ə: Saatlarım başladı və yaxud ad günü
İyul 11, 2009. Yazdı: asif eminov · 76 baxış · 1 şərh
Düşündüm bir gəncin manifestinə bu günü də qeyd edim.
Doğuldum bir gün… Çılpaq, ağlağan. İlk dəfə silləni də o vaxt aldım. İlk dəfə havanı da o vaxt uddum. İlk dəfə ana südünə nə qədər möhtac olduğumu da o vaxt hiss etdim. Ağladım doyunca. Ağladım… Heç kim də susdurmadı məni. Çünki sevinirdilər. Beləcə saatlarım başladı…
Getdikcə böyüdüm. Böyüdükcə maraqlandım hər şeylə. Maraqlandıqca anlamağa başladım olanları. Anladıqca yaş üstə yaş gəldi. Bugün 22-yə çatdı bu rəqəm. 22 il yaşadım hamı kimi. Bu 22 ildə pis gün də gördüm, yaxşı gün də. Gördüyüm hər an məni qarşıdakı saatlara tərəf itələdi. Beləcə 22 il arxada qaldı. 23-ün içindəyəm. Hiss edirəm…
Amma hələ də qolumda saat gəzdirmirəm… Ad günün mübarək, asif eminov.
(çox yazmayaq)
Əlavə mətn: Bir gün saatlarım bitəcək… Və onda dəqiqələrə, saniyələrə möhtac olacağım an da olacaq…
Yuxusuz gecələr
İyul 10, 2009. Yazdı: asif eminov · 100 baxış · Şərh yaz
Gecələr yatanmıram… Beynimlə paylaşmadığım fikir də qalmıyıb. Sanki dünyanın bütün fikirləri keçib beynimdən. Hamısına da yer tapılıb bu balaca beynimdə… Görəsən, bu boyda dünya, bu boyda beyinə necə sığır, hə? Nəysə…
Yenə də qarmaqarışıq fikirlərlə dolu beynim səhər günəşini hiss etməsə gözlərimə yuxu gətirmir. Hərdən çox bezirəm. Başımı döşəyin altında boğmaq da kömək etmir yuxulamağa… Saatlarla gözlərimdə milyon kadr canlandırır bu balaca beynim. Yenə də yorulmur ki, yorulmur…
Kaş ki, yorula bilərdi. Bəlkə onda rahat yata bilərdim…
Heç bir dərmana da sığınmaq istəmirəm. Halbuki evdəkilər təkidlə; dərman al, qəbul elə -deyirlər… Daha ətraflı
Dünənim və bugünüm
İyul 1, 2009. Yazdı: asif eminov · 78 baxış · Şərh yaz
Dünənim və bugünüm deyəndə, keçmişimi və bugünümü müzakirə etmək kimi uzun zaman xatirələrini ortaya qoymaq kimi fikrim yoxdur. Sadəcə dünənki gün və bugünkü gün.
Beləcə iki gün də keçdi.
Bu iki gündə özümü çox yorğun hiss edirəm. Neçə vaxtdır günorta oyanmağıma öyrəşən mən, birdən-birə dünən imtahana görə səhər tezdən oyanmalı oldum. (Əslində gec yatıb, gec duranlardanam.) Beləcə yarı yuxulu, yarı oyaq halda imtahandan çıxıb tez bazar evə çatmaq arzusunda idim. Arzusunda idim ki, yatım. )) Evə çatınca yadıma düşdü ki, dostum Müşfiq gilə getməliyəm. Söz vermişəm. Beləcə günorta saatlarında dostum gilə getdim, axşam 12-nin yarısı evə çatdım. (Kompüterini format etmək, təzə programlar yazmaq lazım idi. Gördüyünüz, axrıncı yerləşdirdiyim “Jest” adlı foto da həmin gün onlarda çəkilib.) Beləcə dünənim keçdi. Qaldı bugünüm… Daha ətraflı
Ölüm
İyun 24, 2009. Yazdı: asif eminov · 120 baxış · 4 şərh
Bugün imtahan günüm idi…
Dünən gecə işdən gəlincə, bugünə imtahanım olduğunu anlayıb (Demək olar ki, çox vaxt imtahana bir-iki gün qalmış oxuyuram imtahan materialını. Nə çatdıraram, çatdıraram… ), başladım dərs oxumağa… Tərslikdən də çoxdandır məni narahat etmiyən baş ağrısı da var idi. Təzyiqim qalxmışdı, deyəsən… Gecə hardasa 3-ün yarısı olunca, hiss etdim ki, dura bilmirəm. Bir tərəfdən iş yorğunluğu, bir tərəfdən baş ağrısı məni imtahana hazırlaşmağa qoymaz… Düşündüm ki, səhər tezdən durub imtahana gedincə çatdırdığım qədərini oxuyaram. Belə də oldu… Daha ətraflı
Yenə də imtahan
İyun 17, 2009. Yazdı: asif eminov · 67 baxış · 2 şərh
Dünən yenə imtahan günü idi. Sözün düzü heç nə oxumamışdım və kəsilmək adı ilə çıxmışdım evdən… Gedincə eşitdim ki, imtahanı asan götürürlər. Biletindən hər sualından biraz danışan kimi yola verirlər. (mənsə heç kitab üzünü belə açmamışdım).
Amma sözün düzü evdən çıxınca heç həyəcanlı deyildim. Demək hər şey yaxşı olacaqdı. Nə vaxt ki, həyəcanlıyam, bax, o vaxt nəsə pis bir şey baş verir. Bu səfər imtahandan qiymət almayacağımı düşünə-düşünə, içimdə bir qram belə həyəcan yox idi. Nəysə…
Dərs otağında uşaqlara az-çox bir iki sualı danışdırıb, bir iki şey öyrənməyə çalışdım. Bir tərəfdən də suallara baxınca gördüm ki, demək olar ki, sualların yarısı “peşə xəstəliklərindəndir”. Beləcə, bir az da ürəklənib, nəsə qiymət almaq şansım olacağına özümü inandırmağa çalışdım.
İmtahan otağında isə 5 müəllim uşaqlardan imtahan götürürdü. Həmin müəllimlərdən biri, qabağında oturan uşaqları kəsir, minnətlə aşağı qiymət yazıb buraxırdı. (Bu demək olar ki, hər imtahanda olur. Yəni imtahan götürən müəllimlərdən birinin missiyası ancaq kəsmək, iki yazmaqdan həzz almaqdır. Yəqin kafedranın pul kisəsini həmin müəllimlərin qabağına düşənlər sayəsində doldururlar.) İmtahandan çıxan tələbələr ancaq onun adını çəkir, nə badə onun qabağında oturarsız kimi, həmin müəllimə qarşı mənfi münasibətlərindən danışırdı. Statistika üçün onu deyim ki, onun qabağına 7 tələbə oturdu, 3 nəfər 3 qiymət aldı. Qalanları isə 2 ilə barışmalı oldu. Başqa müəllimlərin qabağında oturanlardan isə 2 alan eşitmədim. Çoxları isə 4 qiymətlə çıxdılar. Daha ətraflı
Qrup yoldaşımın toy günü
İyun 11, 2009. Yazdı: asif eminov · 187 baxış · 10 şərh

Dünən, ayın 10-u qız qrup yoldaşımın toy gününə yığışdıq. Bütün tələbə yoldaşlarını, yəni bizi toyuna dəvət etmişdi. Elə toya getməyə hazırlaşırdım ki, bir də gördüm işlədiyim yerdəki fotograf tez bir zamanda işə dəyməyə, hardasa saat 8-ə, 8-in yarısına kimi onu əvəz etməyimi xahiş etdi. Beləcə qrup yoldaşlarıma zəng edib, toya gecikəcəyimi bildirib, iş yerinə getdim. Hardasa saat 7, 8-ə işləmiş o biri fotograf gəlib çıxan kimi, tez bazar toya qaçdım. ))) 8-də artıq toya gəlib çıxmışdım. Hamı əylənir, qrup yoldaşlarım isə hamısı bir stolda əyləşiblər. Kənardakılar sonradan gəlişimə bir az təəccüblənsələr də, yəqin sonrada anladılar ki, qrup yoldaşıyam. Çünki hamıdan fərqli olaraq belimdə çanta ilə getmişdim. (Şəkildə gördüyünüz kimi). :zir: Bəyi də tanıdığımdan, onunla canla-başla görüşdüyümə görə, (təbriklər, xoşbəxt ol və s.) gəlin evi təəccüblənmişdi. Hətta gəlin özü də… Bəyi isə hardan tanıyıram, necə tanıyıram qoy sirr qalsın. Bir də gördüz, qrup yoldaşlarım gəlib bu postu oxuyub və gedib qıza xəbər vermiş olar.
Beləcə yedik, içdik, əyləndik, sonra da qızları evlərinə yola salıb gəlib çatdıq evə. Və yrğun olduğum üçün bu postu dünən gecə yox, bugün yazdım. ))) Daha ətraflı
AsSert sənin üçün
İyun 7, 2009. Yazdı: asif eminov · 121 baxış · 1 şərh
Salam, AsSert. Mənə maraqlıdır. Səninlə əlaqə yaratmaq istəyirəm. Mənə kimliyini və bunu nəyə görə etdiyinin səbəbini de! Sənin uşaqlıq sevgin puç olubsa, bundan mənə nə? Mənim günahım nədir? Acığını mənim saytlarımdan niyə çıxırsan? Cavab gözləyəcəm. Ya da ki, elaqə bölməsindən əlaqə saxla.
Sənin bu mesajından isə heç nə baş açmadım.
“Uşaqlıqdan 1 qizi istəmişəm. Amma ki(u$aqliqdan eyende yeni 16 ya$indan 19 ya$ina kimi), qismtet bele imi$.
salam asif eminov,nedense 2 defedi qabagima senin saytin cixir ………..Ne ise
olan olub kecen kecib belkede
indi artiq kovrelmerin yeri yox
evvelinden bele gelib menimki
u$aqliqdan 1-i vardi biri yox
Incimee
Hacked by AsSerT—————–o 2-cini ne vatxsa elde edecem
No love in my life”
Məqsədin nədir? Niyyətin nədir? De, dərini bilək!
Çəkiliş günü
İyun 3, 2009. Yazdı: asif eminov · 187 baxış · 7 şərh
Bu ad kinoları ya klipləri ağlınıza gətirməsin. Hanı bizdə o bəxt? Bir dəfə (Hardasa 2 il bundan əvvəl dostum Nağı ilə Azərbaycan kino studiyasına getmişdim. O da sorğu sual elədi, bir iki dənə də profildən şəkillər çəkdi və yola saldı evə. Çəkiləcək klounlardan olan filmə belə heç yaramadıq.) nəsə alınacaqdı, o da alınmadı… Bu ad fotoaparata aiddir. :biggrin: Başqa nə ola bilər ki?
Səhər bir təhər durub, məllimə söz verdiyim üçün bir iki mövzu öyrənib dərsə getdim. Müəllimin də mənə qarşı simpatiyası olduğu üçün, səhv də desəm, səhvlərimi düzəldib, baxın uşaqlar, asif düz deyir deyə hərdən coşurdu. (Deyəsən, mənə mexaniki zaçot yazacaq. Qrup yoldaşlarım da bunu hiss edir.
) Beləcə mövzunu cavab verib, qrup yoldaşlarımı xəstəxananın həyətində bir neçə pozisionlarda “fotosessiya” apardıq. Hətta qrup yoldaşlarımdan bəziləri, bugündən biz dərs keçdiyimiz xəstəxanaya gələn keçmiş “eks aşkımın” bisetkadan mənə baxdığını da dedilər. (Tərslikdən linzamı da taxmamışdım ki, üzünü görə biləm. Gərək tanımaq üçün ən azından 5 metirliyinə gedəm.) Nəysə ona fikir verməyib, çəkilişdən qalmadım. (Onu görəndə qıcıqlanıram! Lap türk cümləsi yadıma düşdü: “Ben sana kıcık oluyorum”.) Beləcə dərsin sonunda hərəsi 2-3 manatdan atışıb şəkillərinin çıxarılması üçün pul da verdilər. Beləcə evə gəlincə yaxınlıqdakı fujifilmdə dedikləri şəkilləri çıxartdım. Daha ətraflı







Mən - asif eminov, 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Tibb Universitetinin İV kurs tələbəsiyəm. İnternet aləminə 2006-cı ildən baş qoşdum və marağıma səbəb oldu. 





